İranın Bakıdakı səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqını təbrik etdi
Pravda.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
"İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May - Azərbaycan Müstəqillik Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır", - deyə məlumatda qeyd olunub.