Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının əsas istiqamətlərindən biridir.
Bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.