"Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib. Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluq xidmətinin açılması doğru deyil".
"Kreml Xankəndidə konsulluq xidməti vasitəsilə Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir"
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
"Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir", - E.Şahinoğlu qeyd edib.