Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı Bulvarında 43 kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlandı

1 175
Paylaş:
Bakı Bulvarında 43 kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlandı

Bakıda 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail rayonu ərazisində Dənizkənarı Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş:

Ən son xəbərlər