Bir çox evli cütlüyün ayrılma səbəbi ortaq dil tapa bilməməkdir. Bunlara baxmayaraq, belə problemlərin öhdəsindən gələn cütlüklər də az deyil. Və onların münasibətlərini təhlil etsəniz, xoşbəxt ailələrin çoxlu ortaq cəhətləri olduğunu görərsiniz.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk növbədə, söhbət həyat yoldaşlarının müəyyən vərdişlərindən gedir.
Ortaq qərar qəbulu
Cütlük vacib məsələləri birlikdə müzakirə etməkdən imtina etsə, heç vaxt güclü olmayacaqlar. Qərar vermək istəyirsən? Həyatınızdakı şəxslə məsləhətləşərək qərar qəbul edin.
Sevgi bəyannamələri
“Mən səni sevirəm” ifadəsini yalnız münasibətin ilk mərhələsinə aid etmək lazım deyil. Uzun müddətdir birlikdə yaşayan həyat yoldaşları da zaman-zaman bir-birlərinə sevgilərini etiraf etməlidirlər.