Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində avtoxuliqanlıq qeydə alınıb. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO
Belə ki, 10-OJ-041 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolda təhlükəli manevr edərək qoşa xəttin tələbini pozaraq drift edib və qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.