Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Bakı Təşəbbüs Qrupu: BMT-nin dekolonizasiya ilə bağlı tədbirlərini Fransa boykot edir

1 276
Paylaş:
Bakı Təşəbbüs Qrupu: BMT-nin dekolonizasiya ilə bağlı tədbirlərini Fransa boykot edir

“BMT hər il dekolonizasiya ilə bağlı tədbirlər keçirir və Fransa hər il bu tədbirləri boykot edir”.

Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov parlamentdə təşkil olunan "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda söyləyib.

A.Abbasovun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu (BTQ) yarandığı gündən keçirdiyi 8 beynəlxalq konfransın əsas məqsədi müstəmləkəçiliklə üzləşən xalqların problemlərini işıqlandırmaqdan ibarətdir.

O həmçinin vurğulayıb ki, sonuncu Vyana konfransında BTQ və “Tavini Huiraatira” Partiyası arasında memorandum imzalanıb:

“Həmin memorandum iki təşkilat arasında yalnız siyasət deyil, səhiyyə və təhsil sahələrində də tərəfdaşlığı nəzərdə tutan bir sənəddir. Çox inanıram ki, biz gələcəkdə də “Tavini Huiraatira” Partiyası ilə əməkdaşlığı davam etdirəcəyik”.

APA

Paylaş:

Ən son xəbərlər