Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə kriminal aləmdə "Nicat Lənkəranski" kimi tanınan Nicat Əkbərovu öldürməyə cəhd etməkdə, silahlı insident törətməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. İş üzrə Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədov hakim qarşısına çıxarılıblar.
Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.
İttihama görə, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərləri bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə Nəsimi rayonu ərazisində ona qanunsuz əldə olunmuş odlu silahdan atəş açıblar. Sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrlə ittiham irəli sürülüb.
Cinayət işi üzrə Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.
Bu gün keçirilən prosesdə Şahmar İsmayılov son söz deyib.
O bildirib ki, Nicat Əkbərovu öldürmək niyyəti olmayıb. Onda silah olub, əgər öldürmək niyyəti olsaydı, başından vurardı. O, barəsində ədalətli qərar çıxarılmasını istəyib: