Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"Stəkandakı dərmanı içib dedi ki, ana, mən öldüm" - Ağdaşdakı intiharın SƏBƏBİ ... - VİDEO

1 279
Paylaş:
"Stəkandakı dərmanı içib dedi ki, ana, mən öldüm" -     Ağdaşdakı intiharın SƏBƏBİ ... - VİDEO

Ağdaşda həşərat əleyhinə dərmanı içən qadın həyatını itirib.

Hadisə rayonun Orta Qəsil kəndində baş verib.

33 yaşlı kənd sakini Sona Cəmilova anasının və həyat yoldaşının gözü qarşısında həşəratları məhv etmək üçün nəzərdə tutulan dərmanı içərək canına qəsd edib.

Yaxınları onu dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun anası Gülçöhrə Dadaşova hadisənin təfərrüatını Baku TV-yə danışıb:

"Baldızını xəstəxanadan çıxarmağa gedəcəkdilər. Ona zəng gələndə dedi ki, Mələklə gələcəyəm. Daha sonra qızının paltarını geyindirib oturdu. Həyat yoldaşı ona: "Təkcə Mələyi aparacağam", - deyəndə qızım zirzəmiyə gedib, oradan əlində stəkanla qayıtdı. Stəkandakı dərmanı içib dedi ki, ana, mən öldüm".

Paylaş:

Ən son xəbərlər