Bakıda köhnə beşmərtəbəli binalardakı mənzillər kütləvi satışa çıxarılıb.
Pravda.az Xezerxeber.az-a istinadən xəbər verir ki, insanlar arasında "Xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışı müşahidə olunur.
Eskpertlərin fikrincə, digər mənzillərə nisbətən hündürlüyü və sahəsi daha kiçik olan bu evlər adətən alıcılar tərəfindən çox da rəğbət görmür.
Çoxları bazardakı tendensiyanı köhnə binalarin tezliklə söküləcəyi xəbəri ilə əlaqələndirirlər.