Gədəbəydə qanunsuz küçə satışı ilə əlaqədar içkili halda monitorinq keçirən şəxs "Kənd dayanacağı" adlanan yerdə göy-göyərti satan qadına "namuslu qadın burada pencər (göyərti) satmaz" dediyi üçün həbs edilib. "Qaynarinfo" xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
1962-ci il təvəllüdlü Gədəbəy rayonunda doğulmuş, MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində işləyən Fəqan Cəlalov (ad, soyad şərtidir) içkili halda qanunsuz küçə satışı ilə bağlı monitorinqdə iştirak edib.