Şəki rayonunda yaşayış evində partlayış baş verib.
Hadisə Baş Göynük kəndində qeydə alınıb.
Şəki rayonunda yaşayış evində partlayış baş verib.
Hadisə Baş Göynük kəndində qeydə alınıb.
Belə ki, partlayış zamanı iki nəfər - 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı yanıq xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./Report