Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar etdiyi iddia olunan şagirdlə bağlı bəzi detallar məlum olub.
Gəncin nənəsi bildirib ki, nəvəsi imtahandan kəsilməyib:
"Çox ağıllı, tərbiyəli nəvə idi, 18 yaşına bir həftə olar keçmişdi. İmtahana gedəcəkmiş. Bir anlıq nə düşünübsə canına qəsd edib".