Ağır atletika üzrə Azərbaycan çempionu tanışını bıçaqladığı üçün 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Pravda.az Qaynarinfo.az-a istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı 27 sentyabr 2023-cü il tarixdə, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb.
Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı "Samsung A4" markalı telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Hadisə baş verərəkən Ümidvar orda dostları ilə birgə olub.