Bu gün saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023-2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə, 2024-2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatıb.