Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadə dərs zamanı kəllə-beyin travması alıb.
Bu barədə Qaynarinfo-ya Şakir Cəfərzadənin nənəsi Zöhrə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, həmin vaxt müəllim sinifdə olmayıb. Şakir Cəfərzadənin sinif yoldaşı butulka ilə onun başına zərbə endirib.
"Hadisə mayın 27-si baş verib. Sistem dərsi olub. Müəllim sinifdə olmayıb. Şakirin sinif yoldaşı onun başına içi su dolu butulka ilə iki dəfə zərbə endirib. Biz bunu bir neçə gün sonra bilmişik. Şakir evə gələndə gözləri qızarmışdı. Yemək yemədi, dedi iştaham yoxdur. Uzandı yatdı və o gündən yataq xəstəsi olub. Elə bildik soyuqdəymədir. Amma sonradan məlum oldu ki, başına zərbə dəyib və travma alıb. İndi burnundan qan gəlir, yemək yeyə bilmir, nə yeyir qaytarır. Tez-tez təzyiqi qalxır", deyə Zöhrə Dadaşova bildirib.