Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə araşdırmalar davam etdirilir. Nazim Quliyev 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. O, bu ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.