Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində kobud qayda pozan sürücü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 10-BO-123 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Sıxlıqda qalmaq istəməyən sürücü qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə əhəmiyyət vermədən hərəkət edir və onlara qəza riski yaradır. Eyni zamanda o, maşınların yolunu kəsərək tıxaca səbəb olur.
Qeyd edək ki, qayda pozan sürücü tanınmış müğənni Orxan Babazadədir.