Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovun doğma anası Lalə oğlunun itkin düşdüyünü iddia edib.
"Səni axtarıram" verilişində Orxanın itkin düşməzdən əvvəl lentə alınan sonuncu səsyazısı təqdim olunub.
Orxan izlənilərkən dostlarından birinə göndərdiyi yazıda "Elə də edəcəyəm, narahat olma. Deyəsən, "qırmışam" onları. Çünki getdiyim yolu geri qayıdıram, heç bir qarşıma çıxmadı. Onlar məni parkın içində itirdilər" deyib.