Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində SABAH qruplarında təhsilhaqqı xərclərindən azad olunacaqlar.
Pravda.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar bunlardır:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
2. İbtidai sinif müəllimliyi;
3. Riyaziyyat müəllimliyi;
4. Xarici dil müəllimliyi (ingilis dili);
5. Hüquqşünaslıq;
6. Beynəlxalq münasibətlər;
7. Maliyyə;
8. Mühasibat.