Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Azər Maqsudovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Azər Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.