Salyanda iki yaşlı uşağın binadan yıxılaraq ölməsinin bəzi detalları məlum olub.
Belə ki, bədbəxt hadisə rayonun Ağaxan Ağabəyli küçəsi 54 ünvanında yerləşən beşmərtəbli binada baş verib.
Uşağın valideynləri binanın dördüncü mərtəbəsində yeni aldıqları evə baxarkən 2022-ci il təvəllüdlü Rafiq Elnur oğlu Məlikov nəzarətdən yayınaraq qoruyucusu olmayan pəncərədən yıxılıb.