Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib.
BƏƏ Prezidenti COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət olundu
Bu barədə iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı zamanı bildirib.
COP28-in sədri olaraq Birləşmiş Ərəb Əmirlikləri və COP29-un sədri olaraq Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub.