Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.
Pravda.az xəbər verir ki, görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.
Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.