Cəlilabadda dəhşətli yol qəzası baş verib.


Pravda.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.


İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.


Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.


Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.


Faktla bağlı araşdırma aparılır.