Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Asif Əzizağa oğlu Ağayevi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
İşdən çıxarılan icra başçısnın dosyesini təqdim edirik: Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru işləyib.