Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş insidentə aydınlıq gətirib.
DİN-dən bildirilib ki, aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində qayda pozuntuları ilə idarə edilən, insanların həyat və sağlamlığına real təhlükə yaradan “VAZ 2106” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb:
"Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir. Ə.İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilməsinə və onun intizama dəvət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.