Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan və İsveçrə XİN rəhbərlərinin telefon danışığı oldu

1 205
Paylaş:
Azərbaycan və İsveçrə XİN rəhbərlərinin telefon danışığı oldu

6 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis arasında telefon danışığı aparılıb.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində görülən işlər müzakirə edilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:

Ən son xəbərlər