Ötən ilin iyul ayının 25-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib.
Əməliyyat zamanı kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, BNA haqqında yazılanlardan aydın idi ki, ortada olduqca ciddi qanun pozuntuları var. Lakin bu əməliyyat çərçivəsində xüsusən BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin adı hallanırdı.
Globalinfo.az-ın əldə etdiyi eksklüziv məlumata görə, M.Ağayev həmin əməliyyat zamanı saxlanılıb.