“Gürcüstanda LGBT təbliğatı haqqında qanun layihəsinin müzakirəsi doğru addımdır. Lakin bunun Azərbaycan parlamentində qanun layihəsi kimi irəli sürülərək müzakirəyə çıxarılmasını hələ ki uyğun hesab etmirəm. Birincisi, Gürcüstanda LGBT hərəkatı o qədər yüksək dərəcədə yayılıb ki, artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Gürcüstan kazinoların, LGBT sisteminin ağuşundadır. QHT-lər və digərləri hədsiz dərəcədə bunu təbliğ edirlər. Cəmiyyət deqradasiyaya uğrayıb, mənəviyyatsızlıq artıb. Təbii ki, Gürcüstan parlamentinin narahatlıq keçirib bu məsələni müzakirə etməsi təbiidir. Azərbaycanda isə hələ LGBT o dərəcədə geniş yayılmayıb. Qarşısını almağa çalışırıq. Şəxsən mən özüm də, digər deputat yoldaşlarım, ağsaqqallar da bunun qarşısını hələlik ciddi şəkildə ala bilirik. Doğrudur, ara-sıra LGBT nümayişləri olur, həyasızlıq səhnələrinin şahidi oluruq. Amma Gürcüstandakı vəziyyətin 5-10%-i bizdə yoxdur. Yəni bizdə LGBT milli təhlükəsizlik, təhdid səviyyəsinə gəlməyib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.