Tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Avrasiyanın Arteriyaları” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində ictimaiyət üçün təqdimat mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr edilən kitab Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında yazılıb və materikin 30-dan çox dəhlizini əhatə edən.
Kitabın təqdimat mərasimində İqtisad Universitetinin rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün kompanentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından kitabın böyük əhəmiyyətindən danışıblar. Bildirilib ki, kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas kompanentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən incəliklə təqdim olunub.
Həmçinin kitabln ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyi vurğulanıb.
Tədbir iştirakçıları 30-dan artıq dəhlizə dair məlumatın, təhlil və proqnozların bir kitabda öz əksini tapmasını nadir hal kimi dəyərləndiriblər.
Qeyd: dAvrasiyanın Arteriyaları” kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğurunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilib. Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapıb. Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.