İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.