İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.