Əməkdar artist Bəhram Bağırzadə yayımladığı videoya görə tənqid edilib. Axşam.az xəbər verir ki, aktyor şəhərdə skuter sürən oğlanla qızın videosunu çəkib. Həmin videonu instaqramda yerləşdirən Bağırzadə qınanılıb.
Sosial şəbəkə istifadəçiləri görüntünün silinməsini istəyiblər. Bir çoxları isə bunun nə səbəbə çəkilib yayımlandığı ilə bağlı sual ünvanlayıb.