Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət sərhədi demək olar ki, razılaşdırıldı.
Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın otuz ildən çox müddət ərzində işğal altında olmuş Qazax rayonunun dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk”.