Azərbaycan müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edən naşı və səriştəsiz rəhbərlər səbəbindən olmazın bəlalarla üz-üzə qalmalı oldu. Təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları isə vəziyyəti daha da çətinləşdirirdi. Azərbaycanda hər kəsin var gücü ilə xarici düşmənə qarşı birləşməli olduğu halda hakimiyyət eşqi ilə yaşayan bəzi işbazlar ayrı-ayı qruplar halında birləşmişdilər. Ölkənin qanuni prezidentinə qarşı AXC-Müsavat cütlüyü hər cəhdlə həmlələr edirdi. Erməni Qarabağda, AXC-Müsavat cütlüyü isə Bakıda cəbhə açmışdı. Niyyətləri fərqli olan bu düşmənlərin əslində maraqlarının kəsişən nöqtələri vardı. Hər ikisi də istədiyinə nail oldu. Erməni haralardansa aldığı güclə, AXC-Müsavat cütlüyü isə Qarabağda ələ keçirdiyi silah-sursatın gücüylə!
Hakimiyyətə gələ bilmək üçün Ayaz Müttəllimov hakimiyyətinin başını özünə qarışdıran AXC-Müsavat cütlüyünün silahlı birləşmələri Qarabağda ələ keçirdikləri silah-sursatı paytaxt Bakıya gətirmiş və Bakıda siyasi hakimiyyətə yiyələnə bilmək üçün istifadə edirdilər. 1992-ci ilin mart ayından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və ermənilərin üstünlüyü ələ əlmasına gətirib çıxarıdrdı. 1992-ci ilin mart-aprel aylarında Bakıda yaşanan siyasi gərginlik mərkəzi hakimiyyəti zəiflədirdi və may ayının əvvəlində, dəqiq desək 8 mayda Şuşa düşmən tərəfindən işğal olundu. Mayın 14-də Mütəllimov təzyiq vasitəsilə yenidən hakimiyyətə qayıdaraq cəmi 1 gün prezident kürsüsündə otura bildi. Ertəsi gün, yəni 15 mayda Xalq Cəbhəsi parlamentin binasına hücum çəkdi, Ali Sovetin binasını, tele-radio, Prezident Aparatı və digər dövlət əhəmiyyətli binaları ələ keçirdilər. Bu de-fakto silahlı cəbhəçilərin ölkədə siyasi hakimiyyəti devirmələri və nəzarəti əllərinə almaları demək idi. Mayın 18-də ölkənin Ali qanunvericilik orqanı 4 gün əvvəl qəbul etdiyi qərarları qanunsuz elan etdi. Elə məhz həmin gün də digər bir rayon Laçın işğal olundu.
Beləliklə, cəbhəçilər hakimiyyəti zorla ələ aldılar. Ancaq onların səriştəsizliyi ucbatından daxili və xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi.
Həmin dövrdə Müdafiə Naziri olmuş şəxsin kimliyinə nəzrə salaq – Rəhim Qaziyev! Kim idi bu adam? İxtisası riyaziyyat müəllimi olan mülki bir adamı ölkəyə müdafiə naziri təyin etmişdilər. Hərb sahəsi hara, riyaziyyat müəllimi hara?! Gəlin, Rəhim Qaziyevin siyasi mənsubiyyətinə baxaq! O AXCP-nin üzvü idi. Bəlkə çıxıb bunu da dansınlar?! Nə zaman müdafiə naziri təyin olunub? 17 mart 1992-ci ildə! AXC-Müsavat cütlüyü məhz silah gücünə ölkənin qanuni prezidenti olan Ayaz Mütəllimovu istefaya göndərdikdən 11 gün sonra!
Bundan əlavə, nizami ordu yatratmaq əvəzinə özünü müdafiə batolyonları və silahlı dəstələr yaradılmışdı ki, onlar da heç bir vahid komandanlıq olmadan ayrı-ayrı şəxslərin nəzarətində idi. AXC-Müsavat cütlüyünə bu silahlı birləşmələr sərf edirdi axı. Hakimiyyəti əldə saxlamaq və möhkəmləndirmək üçün. Həmin silahlı dəstələrdən birinə də Surət Hüseynov rəhbərlik edirdi. Bəs bu adm kim idi? Ona Milli Qəhrəman adını hansı hakimiyyət vermişdi?
Yun fabrikinin direktoru olmuş bir adam. Nə var nə var, AXC-Müsavat cütlüyü bu admdan maliyyə dəstəyi aldığı üçün onu yuxarı başa çəkmiş, 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrini ona həvalə etmişdilər. Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və Hüseynov korpusun komandanı təyin edilmişdi. 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Bir xatırlatma da edim ki, AXC-Müsavat cütlüyü belə bir adama Milli Qəhrəman adı verir. Kim idi həmin tarixdə ölkə prezidenti? Əbülfəz Elçibəy (7 iyun 1992 — 24 iyun 1993)! Surət Hüseynovun digər sonrakı fəaliyyəti isə gün kimi aydındır. Gəncədə qardaş qırğını yaratmaqdan tutmuş, Bakıya hakimiyyəti ələ almaq üçün gəlmək cəhdləri də həmçinin.
AXC-Müsavat hakimiyyətində yüksək post tutan və baş verənlərdə bir nömrəli məsuliyyət daşıyan şəxslərdən olan Əli Kərimli həmin dövrdə baş verənlərə aydınlıq gətimək əvəzinə bu gün hər cəhdlə tarixi hadisələri, tarixi hadisələr bir kənara gündəlik insanların gözü qarşısında baş verən müsbət prosesləri təhrif etməyə çalışır. Öz rəhbərinə belə xəyanət etmiş bu şəxs bu xislətindən əl çəkə bilmir və şəxsi maraqları naminə olmazın çirkinliklərə əl atır.
Bilir ki, dünyanın, bütün ölkələrin, hətta ayrı-ayrı xaricdəki donor təşkilatların başı koronavirus pandemiyasına qarşıb və bu qrantdan məhrum olacaq, başlayıb cürəbəcür şoular göstərməyə. Ay internetim kəsildi, telefonum bağlandı, televizorum göstərmir, blokadaya alındım, filan-beşməkan.