Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: "Prezident İlham Əliyevin Misirə səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafına təkan verən növbəti uğurlu səfər oldu"

995
Paylaş:
Deputat: "Prezident İlham Əliyevin Misirə səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafına təkan verən növbəti uğurlu səfər oldu"

Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan dövlətimizin  yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın ərəb dünyası ilə də tarixi-mədəni bağlılığı var. Son illər dəyişən geosiyasi vəziyyətin də yaratdığı reallıqlar fonunda Azərbaycan ərəb dünyası ilə olan dərin tarixi-mədəni bağlılığını yeni iqtisadi imkanlara çevirir. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan dövlətimiz ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını daha da  dərinləşdirilməsinə çalışır”. 

Pravda.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

“Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi hər kəsə məlumdur. Müsəlmanların sıxışdırılması və dini ayrı-seçkilik global problemlərdəndir. Ölkəmiz ərəb dünyasının haqq işini daima dəstəkləyib. Ərəb ölkələri də həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə ediblər. Hazırda  bir neçə  ərəb dövlətləri, xüsusilə, İraq və Misir Azərbaycan kimi  mina problemindən əziyyət çəkir. Düşünürəm ki, biz bu sahədə ərəb dövlətləri ilə əməkdaşlıq qurub, beynəlxalq aləmdə daha çox diqqət çəkə bilərik. Azərbaycanın Misirlə münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Cənab Prezident İlham Əliyevin Misirə səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafına təkan verən növbəti uğurlu səfər oldu. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafında öz mənəvi  dəstəyini əsirgəmir”, - deputat bildirib. 

Paylaş:

Ən son xəbərlər