Abşeron rayonunda ev qəsdən yandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iyunun 9-u saat 4 radələrində 1969-cu il təvəllüdlü Azər Tağıyev anasının yaşadığı Masazır qəsəbəsindəki evi yandırıb.
O, daha sonra Xırdalan şəhərinə gedərək bacısının idarə etdiyi "Infiniti" markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.