Bakıda iki yaşlı uşağın altıncı mərtəbədən yıxılaraq ölməsinin bəzi detalları məlum olub.
Qonşuların sözlərinə görə, azyaşlı pəncərənin qoruyucu toruna toxunub və torun çıxması nəticəsində aşağı - skamyanın üzərinə düşüb.
Dərhal atası körpəyə süni nəfəs versə də, heç bir faydası olmayıb.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.