BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda fərdi yaşayış evində partlayış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

 

Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.

 

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Tarix: 10 İyun 2024, 22:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin