Xəzər çimərliyində batan Mikayıl Mirzəyevlə bağlı bəzi təfərrüat məlum olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Dübəndi yaşayış massivi yaxınlığında baş verib.
Belə ki, ötən gün səhər saatlarında 1978-ci il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyev arvadı Zemfira İbrahimova ilə birlikdə nəzarətsiz ərazidə sualtı balıq ovu edərkən dənizdə batıb.