İyunun 16-17-si Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayram yaxınlaşdıqca kəsiləcək qurbanların kimə paylanması məsələsi fikir ayrılığına səbəb olur. Bəziləri qurban ətinin imkansızlara verilməli olduğu fikrini müdafiə etsə də, qurban ətini öz qohumlarına və yaxınlarına paylamağı düşünənlər də az deyil. Məsələ ilə bağlı fikir ayrılığı təkcə adi şəxslər arasında deyil, din xadimi və ilahiyyatçı arasında da var. Məsələn, ötən günlərdə Sfera.az-a açıqlama verən QMİ sədrinin müavini Hacı Fuad Nurullayev bildirmişdi ki, qurban ətinin bir hissəsi kəsən şəxsin öz ailəsinə, digər 2 hissəsi isə yaxınlarına və qonşularına paylanmalıdır.
Mövzu ilə bağlı saytımıza açıqlama verən ilahiyyatçı Elşad Miri isə QMİ rəsmisindən fərqli düşünür: