İyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib. Bizim.Media naməlum şəraitdə nəşi tapılan hərbi qulluqçu ilə bağlı bəzi təfərrüatı əldə edib.
Məlumata görə, əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub. Universitetə yüksək balla daxil olub və qırmızı diplomla bitirib. O, magistratura təhsilini Çində alıb.