Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub.
İyunun 11-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.
İfadələrə əsasən, gömrük keçid məntəqələrində Naxçıvana gətirilən malların qarşılığında təyin olunan proqramlar vasitəsilə pul yığılıb. Bu məbləğ hər ay 800 min - 1 milyon manat olub və maliyyəçilərə verilib. Onlar da pulları komitədə Rafael Əliyevə və Mənsur Əsgərova çatdırıblar. Pullar gömrük məntəqələrindən manat və dollarla toplanıb.