Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaşayan qadın dörd gündür itkin düşüb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib.
Bildirilib ki, 1998-ci il təvəllüdlü İlahə Teymur qızı Muxtarova iyunun 7-də 05:45 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.