Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Hacıqabul sakini, Qismət Xıdırov avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürücünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb.