Gəncədə intihar hadisəsi baş verib. Trend xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

 

Qəsəbədə yaşayan 1995-ci il təvəllüldü Tükəzban Aslanova yaşadığı evin həyətində olan dirəkdən təsərrüfat təyinatlı kəndirlə özünü asıb.


Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.