Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elit star" ləqəbi ilə məşhurlaşan həmkarı Cəmilə İsgəndərovanın "Ruhəngiz Bakılı balasıdır. Verilişdə ona şərait yaradın, gəlsin dovğa bişirsin. Mahnı oxumağın isə "daşını atsın"" sözlərinə cavab verib.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, Rühəngiz bu haqda qonaq olduğu "Elgizlə izlə" verilişində danışıb.
"Qadının ki, əlindən iş gəlmədi, o qadın kimə lazımdır? Evdə kişi yemək bişirməlidir?! Kişi aşpaz ola bilər, amma ona evdə qulluq edən xanım olmalıdır. Mən əqrəb bürcündənəm. Şeirlər yazıram. Düzdür, mən şair deyiləm.
Bu sözümə görə isə böyük şairlərin yanında mən qələt edirəm. Qələt, yəni səhv deməkdir. Bu sözün mənası budur. Modelyerlik edirəm, saç düzümləri edirəm. Mahnı oxuyuram, özü də bütün janrlarda. Əl işlərim var, yemək bişirmək qabiliyyətim də göz önündə. Evimdəki kişimə də hörmət edirəm, hörmətini saxlayıram. Yerimi bilirəmsə mənə daha nə lazımdır?", - deyə Əməkdar artist bildirib.