Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda yas yasa qarışdı: Hüzrə aparılan körpəni maşın vurub öldürdü

1 273
Paylaş:
Azərbaycanda yas yasa qarışdı: Hüzrə aparılan körpəni maşın vurub öldürdü

Lənkəran rayonunda baş verən qəzada xəsarət alanların sağlıq durumu açıqlanıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, iyunun 12-də axşam saat 21:35-də rayonun Yuxarı Nüvədi kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın, iki uşaq qapalı kəllə-beyin travması, sol mil, sol bazu, kürək sümüklərinin sınıqları, döş qəfəsinin küt travması diaqnozları ilə təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Yaralılara ilkin tibbi xidmətlər göstərilib. Azyaşlılardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi davam etdirilir.

Report

Paylaş:

Ən son xəbərlər