Gədəbəydə kişinin alçaldılması ilə bağlı hadisənin təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb N.Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub.
Bundan sonra S.Əliyev, qadının əmisi oğlu Təgin Əliyev və sonuncunun dostu Cəbrayıl Hüseynovla birlikdə N.Kazımovu cəzalandırmaq qərarına gəliblər.